Background

Sağlam məhsul, Sağlam həyat

Ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksimizdə yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, digər istixanaların keyfiyyətli ehtiyacının da mühüm bir qismini qarşılayır.

Məhsullarımız
Pomidor
About BG

Haqqımızda

Tomato

Məhsullar

Video bg Play Icon

SAĞLAM MƏHSUL, SAĞLAM HƏYAT

Ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksimizdə yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, digər istixanaların keyfiyyətli ehtiyacının da mühüm bir qismini qarşılayır.

Background

ŞİTİLXANA

Advantages Background

ÜSTÜNLÜKLƏRİMİZ

Bioloji mübarizə tədbirləri

Şirkətin istixanalarında zərərvericilərə qarşı mübarizə üçün insanlar tərəfindən yaradılan kimyəvi vasitələrdən deyil, elə təbiətin özündən gələn həll yollarından istifadə edilir. Belə ki, bu sahədə dünyaca məşhur “Koppert” şirkəti ilə əməkdaşlıq edilərək xeyirli həşəratlar idxal edilir. Bu həşəratlar zərərvericilər və onların yumurtaları ilə qidalanaraq zərərvericilərə qarşı mübarizə problemini aradan qaldırır. Nəticə etibarilə məhsulların tərkibində kimyəvi qalıntıların olma ehtimalı sıfıra bərabər olur.

After image

Ətraf mühitə qayğı

“Green Tech” MMC-nin fəaliyyətinin bütün istiqamətlərində əsas prioritet ətraf mühitin mühafizəsidir. Belə ki, şirkətin hazır məhsulunun qablaşdırılması kimi istifadə edilən kartonlar tamamilə təkrar istehsalın məhsuludur. İstixananın qış dövründə isidilməsi üçün istifadə edilən qazanxanada isə təbii qazın yandırılması nəticəsində ayrılan CO2 xüsusi tutucular tərəfindən tutularaq istixanalara fotosintez prosesinin sürətləndirilməsi üçün ötürülür. Həmçinin, drenaj sularının ətraf mühiti çirkləndirməməsi üçün onlar təmizlənərək təkrar istifadə edilir.

After image

Keyfiyyətli və sağlam məhsul

Bioloji mübarizə və ətraf mühitə həssas yanaşma nəticəsində bütün məhsullar ekoloji cəhətdən tam sağlam və yüksək keyfiyyət göstəricilərinə uyğun olur. Şirkət istifadə etdiyi bütün su ehtiyatlarından hər ay 5 ədəd nümunəni mikrobioloji və kimyəvi analizlər üçün Avropanın ən qabaqcıl laboratoriyasına göndərir. Məhsulların keyfiyyətinin daha da artırılması məqsədilə 2013-cü ildən etibarən müasir şitilxana kompleksi fəaliyyət göstərir. Bundan əlavə, qida təhlükəsizliyi standartlarına tam riayət olunduğunu təsdiq etmək üçün bu sahədə lider olan “SGS” şirkəti ilə əməkdaşlıq edilir. “Şitil və təzə tərəvəzlərin, əsasən pomidorların yetişdirilməsi” fəaliyyət sahələri üzrə ISO 22000:2005 idarəetmə sertifikatına layiq görülüb.

After image

İstixanalarda müasir istehsal texnologiyaları

Şirkətin istixana ərazisi tamamilə avtomatlaşdırılıb. Belə ki, havalandırma, sulama və isitmə sistemləri tam avtomatik şəkildə çalışır. Bundan əlavə, məhsulların qablaşdırılmasında və paketlənməsində də avtomatlaşdırılmış konveyer üsulundan istifadə edilir.

After image

İşçiyə dəyər

Şirkətdə 400 nəfər əməkdaş müxtəlif vəzifələrdə çalışır. Vəzifəsindən asılı olmayaraq, hər kəs Şirkət qarşısında bərabərhüquqludur. Şirkətin məqsədlərindən biri şirkət daxilində ailə mühiti yaratmaq, hər bir əməkdaşın hər zaman yanında olaraq dəstəkləməkdir.

ƏLAQƏ

Müraciətinizi 5 iş günü ərzində qeydiyyata alıb məsul əməkdaşa ünvanlayacaq, 5 iş günü ərzində müraciətiniz araşdırılıb bu barədə Sizə məlumat verəcəkdir.